Nominasiyalar

Haqqinda

1. Ümumi müddəalar

1.1. “Yaradıcı Ekosistem və Sənaye Mükafatı” (bundan sonra - “Mükafat”) Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”nin 3.1.8-ci və 3.1.22-ci yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən 2023-cü ildə təsis edilmişdir.

1.2. ”Yaradıcı Ekosistem və Sənaye Mükafatı haqqında Əsasnamə” (bundan sonra - Əsasnamə) mükafatın verilməsinin məqsədlərini, nominasiyalarını, mükafatla bağlı müsabiqənin keçirilmə qaydalarını və şərtlərini müəyyən edir.

1.3. Mükafat il ərzində mədəniyyət və yaradıcı sənayelər sahəsində (bundan sonra - “MYS”) göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə və fərdi sahibkarlara, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş hüquqi şəxslərə, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərlərinə və təsisçilərinə verilə bilər.

1.4. Mükafatın təqdim edilməsi Nazirlik tərəfindən müsabiqə əsasında həyata keçirilir.

1.5. Mükafat heykəl və plaketdən ibarətdir.

2. Mükafatın məqsəd və vəzifələri

2.1. Mükafatın təsis edilməsində əsas məqsəd yaradıcı sənaye sektorunun əhəmiyyətinin artırılması, sənaye nümayəndələrinin fəaliyyətinin populyarlaşdırılması, mədəniyyət sahəsində sahibkarlığın inkişafının təşviq edilməsi və istedadlı şəxslərin peşəkar inkişafının dəstəklənməsidir.

2.2. Mükafatın verilməsi ilə bağlı Nazirliyin vəzifələri aşağıdakılardır:

2.2.1. MYS-nin inkişafı üçün ən yaxşı təcrübələri müəyyən etmək;

2.2.2. MYS-də ekosistem formalaşdırmaq;

2.2.3. istedadlı şəxslərin və yaradıcı sənayə nümayəndələrinin fəaliyyətini qiymətləndirmək və stimullaşdırmaq;

2.2.4. yaradıcı sənaye nümayəndələri və ekosistem oyunçuları, eləcə də mədəniyyət sahəsində fəaliyyət göstərən sahibkarlar arasında effektiv dialoq üçün platforma yaratmaq.

3. Müsabiqədə iştirak edəcək namizədlərə dair tələblər

3.1. Müsabiqədə MYS-də fəaliyyət göstərən, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və fərdi sahibkarlar, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri və təsisçiləri (həmtəsisçiləri) iştirak edə bilər.

3.2. Müsabiqədə bir hüquqi şəxsin təsisçisini (həmtəsisçisi) və ya rəhbərliyini təmsil edən bir neçə şəxs iştirak edə bilər. Müsabiqədə birgə iştirak edən və ümumi biznesini təmsil edən belə bir qrup şəxs bir namizəd hesab olunur.

3.3. Hər namizəd müsabiqəyə 1 (bir) və ya bir neçə nominasiya üzrə müraciət edə bilər. Müraciətlə bağlı ərizə hər nominasiya üzrə fərdi şəkildə təqdim edilir.

3.4. Hər namizəd ən çoxu 2 (iki) nominasiyada qalib seçilə bilər.

3.5. Mükafat bir şəxsə mükafat aldığı gündən etibarən 2 (iki) il ərzində təkrar verilə bilməz.

3.6. Namizəd təqdim etdiyi ərizədə göstərilən məlumatların düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyır.

4. Müsabiqənin keçirilmə qaydaları və şərtləri

4.1. Mükafat MYS-nin aşağıdakı klasterlərini əhatə edir:

4.1.1. kino;

4.1.2. animasiya;

4.1.3. teatr;

4.1.4. ədəbiyyat;

4.1.5. dizayn;

4.1.6. təsviri sənət;

4.1.7. tətbiqi sənət/əl işləri;

4.1.8. rəqs;

4.1.9. musiqi;

4.1.10. kulinariya;

4.1.11. oyun texnologiyaları;

4.1.12. Cultech – mədəniyyət sahəsində startaplar.

4.2. Mükafat MYS-də bu Əsasnamənin 4.1-ci bəndində qeyd olunan klasterlər üzrə 6 nominasiyada verilir:

4.2.1. “İlin startap layihəsi” - Son 1 il ərzində Azərbaycan Respublikası sərhədləri daxilində təsis edilən və böyük hissəsi ölkə daxilində keçirilən, Azərbaycan Respublikası vətəndaşı tərəfindən idarə olunan, ölkədə MYS-nin inkişafına tövhə verən startaplar arasından seçilir;

4.2.2. “İlin innovativ layihəsi” - Son 1 il ərzində Azərbaycan Respublikası sərhədləri daxilində başladılan və böyük hissəsi ölkə daxilində keçirilən, Azərbaycan Respublikası vətəndaşı tərəfindən idarə olunan, ölkədə MYS-nin innovativ inkişafına tövhə verən və faktiki fəaliyyəti-nəticələri olan layihələr arasından seçilir;

4.2.3. “İlin yaradıcı məkanı” - Yaradıcı icmaların formalaşmasına və yaradıcı fəaliyyətin həyata keçirilməsinə şərait yaradan məkanlar arasından seçilir;

4.2.4. “İlin yaradıcı hadisəsi (tədbir)” - Son 1 il ərzində Azərbaycan Respublikası sərhədləri daxilində keçirilən və ölkədə MYS-nin inkişafına töhvə verən tədbirlər arasından seçilir;

4.2.5. “İlin yaradıcı ekosistem oyunçusu” - 3 ildən uzun müddət ərzində Azərbaycan sərhədləri daxilində fəaliyyət göstərən, MYS sahəsində göstərdiyi fəaliyyətə görə Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslərə və fərdi sahibkarlara, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş hüquqi şəxslərə, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərlərinə və təsisçilərinə Azərbaycan Respublikası vətəndaşı tərəfindən idarə olunan təşkilatlar arasından seçilir;

4.2.6. “Xüsusi mükafat” - Münsiflər heyətinin qərarı ilə təqdim olunur, laureatlar müsabiqədə iştirak edən bütün namizədlər arasından seçilir.

4.3. Mükafata namizədlərin irəli sürülməsi üçün ərizələr mükafatın rəsmi internet informasiya ehtiyatında (www.award.creative.az) elektron qaydada qəbul olunur.

4.4. Mükafatın rəsmi internet informasiya ehtiyatında qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:

4.4.1. ərizə (qeydiyyat linkinə daxil olmaqla doldurulur);

4.4.2. şəxsiyyəti təsdiq edən sənədin surəti;

fiziki şəxslərin fəaliyyətlərini və nailiyyətlərini təsdiq edən sənədlərin surəti;hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin fəaliyyəti ilə bağlı təqdimatı (3-5 slayddan ibarət olmalıdır).

Göndərilən ərizə və müvafiq sənədlər Mükafatın rəsmi internet informasiya ehtiyatının inzibatçısı tərəfindən 7 (yeddi) iş günü ərzində yoxlanılır, təsdiq edildikdən sonra müsabiqəyə qəbul olunur və internet informasiya ehtiyatında yerləşdirilir. Namizədlərin ərizələri və müvafiq sənədləri Azərbaycanın tanınmış mədəniyyət və yaradıcı sənaye nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Münsiflər heyəti tərəfindən qiymətləndirilir.

4.7. Namizədlərin seçimi 2 (iki) mərhələdə həyata keçirilir.

4.8. Birinci mərhələdə Münsiflər heyətinin səsverməsinin nəticəsində namizədlərin “Qısa siyahı”sı müəyyən olunur. “Qısa siyahı”ya bu Əsasnamənin 4.2-ci bəndində qeyd olunan hər nominasiya üzrə ən çox səs toplayan 3 namizəd (ümumilikdə 18 nəfərdən çox olmamaqla) daxil edilir.

4.9. İkinci mərhələdə Münsiflər heyətinin təkrar səsverməsi nəticəsində “Qısa siyahı”ya daxil edilmiş namizədlər arasından Münsiflər heyətinin bütün üzvlərinin ekspert qiymətləndirməsinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyən olunur.

4.10. Münsiflər heyəti öz qiymətləndirməsini bir-biri ilə müzakirə etmədən, səsvermənin son gününə qədər digər həmkarlarının qiymətləndirməsindən xəbərdar olmadan, müstəqil şəkildə həyata keçirir və Müsabiqənin internet informasiya ehtiyatında şəxsi protokol-səhifələrində qeyd edirlər.

4.11. Səsvermənin ikinci mərhələsində Münsiflər heyəti namizədlərin fəaliyyətini və nailiyyətlərini təsdiq edən əlavə sənədlərin təqdim olunmasını tələb edə bilər.

4.12. Münsiflər heyətinin yekun qərarı bu Əsasnamənin 5.1-ci yarımbəndində qeyd olunan mükafatlandırma mərasimində açıqlanır və rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

5. Mükafatın təqdim edilməsi

5.1. Mükafat hər il “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində təntənəli şəkildə təqdim olunur. (Mükafatlandırma)

5.2. Mükafat alan şəxslər (fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları və ictimai birliklər) “Yaradıcı Ekosistem və Sənaye Mükafatının laureatı” adını alır.

İştirak şərtləri

Müsabiqədə MYS-də fəaliyyət göstərən, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və fərdi sahibkarlar, eləcə də Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş hüquqi şəxslər, qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin rəhbərləri və təsisçiləri (həmtəsisçiləri) iştirak edə bilər.

Müsabiqədə bir hüquqi şəxsin təsisçisini (həmtəsisçisi) və ya rəhbərliyini təmsil edən bir neçə şəxs iştirak edə bilər. Müsabiqədə birgə iştirak edən və ümumi biznesini təmsil edən belə bir qrup şəxs bir namizəd hesab olunur.

Hər namizəd müsabiqəyə 1 (bir) və ya bir neçə nominasiya üzrə müraciət edə bilər. Müraciətlə bağlı ərizə hər nominasiya üzrə fərdi şəkildə təqdim edilir.

Hər namizəd ən çoxu 2 (iki) nominasiyada qalib seçilə bilər.

Mükafat bir şəxsə mükafat aldığı gündən etibarən 2 (iki) il ərzində təkrar verilə bilməz.

Namizəd təqdim etdiyi ərizədə göstərilən məlumatların düzgünlüyünə görə şəxsən məsuliyyət daşıyır.

Münsiflər heyəti

Göndərilən ərizə və müvafiq sənədlər Mükafatın rəsmi internet informasiya ehtiyatının inzibatçısı tərəfindən 7 (yeddi) iş günü ərzində yoxlanılır, təsdiq edildikdən sonra müsabiqəyə qəbul olunur və internet informasiya ehtiyatında yerləşdirilir. Namizədlərin ərizələri və müvafiq sənədləri Azərbaycanın tanınmış mədəniyyət və yaradıcı sənaye nümayəndələrindən və müstəqil ekspertlərdən ibarət Münsiflər heyəti tərəfindən qiymətləndirilir.

Namizədlərin seçimi 2 (iki) mərhələdə həyata keçirilir.

Birinci mərhələdə Münsiflər heyətinin səsverməsinin nəticəsində namizədlərin “Qısa siyahı”sı müəyyən olunur. “Qısa siyahı”ya bu Əsasnamənin 4.2-ci bəndində qeyd olunan hər nominasiya üzrə ən çox səs toplayan 3 namizəd (ümumilikdə 18 nəfərdən çox olmamaqla) daxil edilir.

İkinci mərhələdə Münsiflər heyətinin təkrar səsverməsi nəticəsində “Qısa siyahı”ya daxil edilmiş namizədlər arasından Münsiflər heyətinin bütün üzvlərinin ekspert qiymətləndirməsinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyən olunur.

Münsiflər heyəti öz qiymətləndirməsini bir-biri ilə müzakirə etmədən, səsvermənin son gününə qədər digər həmkarlarının qiymətləndirməsindən xəbərdar olmadan, müstəqil şəkildə həyata keçirir və Müsabiqənin internet informasiya ehtiyatında şəxsi protokol-səhifələrində qeyd edirlər.

Səsvermənin ikinci mərhələsində Münsiflər heyəti namizədlərin fəaliyyətini və nailiyyətlərini təsdiq edən əlavə sənədlərin təqdim olunmasını tələb edə bilər.

Münsiflər heyətinin yekun qərarı bu Əsasnamənin 5.1-ci yarımbəndində qeyd olunan mükafatlandırma mərasimində açıqlanır və rəsmi internet informasiya ehtiyatında yerləşdirilir.

Mükafatlandırma

Mükafat hər il “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” çərçivəsində təşkil olunan mükafatlandırma mərasimində təntənəli şəkildə təqdim olunur. (Mükafatlandırma)

Mükafat alan şəxslər (fiziki və hüquqi şəxslər, qeyri-hökumət təşkilatları və ictimai birliklər) “Yaradıcı Ekosistem və Sənaye Mükafatının laureatı” adını alır.

Əlaqə

Təşkilat Komitəsinin ünvanı: AZ1000, Bakı, Ü. Hacıbəyli, 84

Tel.: +994 12 565 01 47

E.mail: [email protected]

YARADICI MÜKAFATI YARADICI MÜKAFATI
MÜKAFATI YARADICI MÜKAFATI YARADICI
YARADICI MÜKAFATI YARADICI MÜKAFATI